Dərc edildi: Baxış sayı: 606
Məşhur futbolçu "Bavariya"nın səfiri təyin olundu
Almaniya "Bavariya"sının sabiq futbolçusu Klaudio Pisarroya klubda vəzifə verilib.
"Report"un "Bild" nəşrinə istinadən məlumatına görə, perulu veteran hücumçu Münhen təmsilçisinin səfiri təyin olunub.
Son 2 mövsümü Bundesliqanın digər klubu "Verder"də keçirən 42 yaşlı Pisarro bu yay peşəkar karyerasını başa vurub.
Qeyd edək ki, keçmiş forvard "Bavariya"nın heyətində 6 dəfə Almaniya çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət