Dərc edildi: Baxış sayı: 452
Argentina millisinin sabiq futbolçusu Ernan Krespo vətənində “Banfild”in baş məşqçisi olacaq
Argentina millisinin sabiq futbolçusu Ernan Krespo vətənində “Banfild”in baş məşqçisi olacaq.
“Report” xəbər verir ki, bu barədə klubun prezidenti Oksar Tuker “Twitter” vasitəsilə bildirib.
O, 43 yaşlı mütəxəssislə razılıq əldə olunduğunu vurğulayıb. Argentinanın yüksək dəstəsində çıxış edən “Banfild” 15 turdan sonra 21 xalla 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, Krespo futbolçu karyerası ərzində vətənində “River Pleyt”, İtaliyada “Parma”, “Latsio”, “Milan”, “İnter”, “Cenoa” və İngiltərənin “Çelsi” komandalarının formasını geyinib. O, indiyədək “Parma”nın gənclər və “Modena”nın əsas komandasına rəhbərlik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət