Slimfit
  1. MARAQLI

Məşhur filosofdan valideynlərə 10 mühüm xəbərdarlıq

Məşhur filosofdan valideynlərə 10 mühüm xəbərdarlıq
Sakura

Məşhur filosofdan valideynlərə 10 mühüm xəbərdarlıq

Peteris Klyava böyük ürəyə malik məşhur filosof və həkimdir. O, iyirmi beş ildir ki, Latviyanın Uşaq Klinik Xəstəxanasında insan inkişafı, həyat və ölüm arasındakə sirli əlaqəni öyrənir. “Reanimare” cəmiyyətini yaradan həkim dünyanın hər yerində həyatınızı harmoniya və nizama salmağa kömək edən mühazirələr deyir və seminarlar verir. Publika.az bu yazıda oxucuları həkimin uşaq tərbiyəsi haqqında dəyərli fikirləri ilə tanış edir: 1. Yanıma huşu özündə olmayan azyaşlı gətirəndə nə baş verdiyi anlamaq üçün üçcə saniyəm var. Dördüncü saniyədə hərəkətə keçir və vəziyyətini yaxşılaşdırmağa çalışıram. Cəmiyyətin və ölkənin digər prosesləri də eyni şəkildə idarə edilməlidir. 2. Arzu edirəm ki, təsadüfən doğulacaq uşaqlar onların məsuliyyətini çəkən bilən ailələrdə dünyaya göz açsın. 3. Almaniyada gənclər arasında “Prioritetləriniz nədir?” sualı ətrafında sorğu keçirilib. 70 faizi təhsil, iş, gəlir, həyat keyfiyyəti və mədəniyyət səviyyəsinin onlar üçün vacib olduğunu bildirib. Uşaqlar ən sonuncu yerdə gəlib. Bu, o deməkdir ki, almanlar “Uşağa nə verə bilərəm?” sualına cavab tapdığı və onu reallaşdırmaq gücünə malik olduğu zaman övlad sahibi olmağa qərar verir. Ən azı sivil yanaşmadır. İnsanların şüursuz şəkildə övlad dünyaya gətirməsi artıq məsuliyyətsizlikdir. 4. Bizim məhdud, cahil düşüncə səviyyəmiz necədirsə, dünyaya da o gözlə baxırıq. Tibetdə buna karmik görmə deyilir. Bir insanın uşağına verə biləcəyi ən yaxşı şey, öz avamlığını və cahilliyini azaltmaqdır. 5. Fribax deyirdi ki, malikanədə və daxmada düşüncələr fərqlidir. İtlərə uşaqlardan daha çox qayğı göstərildiyini görəndə, ağlamaq istəyirəm. Onları sığallayır, çimizdirir, öpür və bəsləyirlər. Dünyada bütün bu qayğıya ehtiyacı olan nə qədər uşaq var? Belə olan halda hansı sivilizasiyadan söhbət gedə bilər? 6. Əgər uşağı ilahi bir mənəvi varlıq, Allahın möcüzəsi olaraq qəbul etsəniz, o zaman onun potensialı sonsuza qədər uzanır və uşaq enerji dolu böyüyür. Bəs hər şey fərqli olarsa? Bu, uşağın müdrik və parlaq gələcəyinin "sünnəti" və ya əlindən alınması deməkdir. 7. Ağıllı, məsuliyyətli və ləyaqətli kişilərin yetişdirilə biləcəyi pionerləri və skautları qaytarmaq yaxşı olardı. Avropada 8 milyon ali təhsilli kişi işləmir. Çünki istəmirlər, onlara çətindir. Hər şeyi asanlıqla və daha rahat yolla əldə etmək istəyirlər. 8. Bu gün hər şey analar və atalardan asılıdır. Onların övladları daha heç kimə lazım deyil! Məktəb vacibdir. Ağıllı insanların kollektiv intellekti xoş niyyətdir. Gəmidə minlərlə adam ola bilər, ancaq o 30 adam tərəfindən idarə olunar və bu, doğru yerə getmək üçün kifayətdir. İnsanlara müasir psixoloji məlumat səviyyəsində kömək edilməlidir və mən bunu öz məruzələrimdə edirəm. 9. Fransız psixoterapevərlər göstərir ki, əgər bir adamı gündə 32 dəfə sığallamasanız, o, xoşbəxtlik hissini qazana bilməz və inkişaf etməz. Bir-birimizi nə qədər az sığalladığımıza fikir verin... Bizim reanimasiyada kommunizm var: Rusiyalılar və Latviyalılar yoxdur. Sadəcə uşaqlar var. Əgər bu yanaşma dünyada hakim olsaydı, onda bizim sivilizasiya tamamilə fərqli olardı. 10. Ölüm ayağında olan uşaqlara heç vaxt demirəm ki, öləcəksiniz. Və ya sağ qalacaqsan vədləri ilə heç kimi aldatmıram. Mən həqiqəti uşaqlara çox qısa şəkildə izah etməyə çalışıram: "Ölüm yoxdur. Bədəndən ayrılıb başqa bir vəziyyətə keçirsən”. Beləliklə uşaq məndən bu və ya digər şəkildə mövcud olacağı inancına dair təsdiq alır. Hamımız bilməliyik ki, bir insanın ölümü ani bir hərəkət deyil, bu, uzun və mürəkkəb bir prosesdir.

Yadda saxlayın ki, uşağın sağlam doğulması üçün ananın qarnında olan embrion yaxşı musiqi, xoş sözlər, mahnılar və sevgi ilə əhatə olunmalıdır. Ölmək üzrə olan ruh da diqqət və qayğı ilə əhatə olunmalı, qışqırbağır olmadan yola salınmalıdır. Axı, başqa bədəndə təkrar doğulmaq və oraya getmək üçün onu uzun bir yol gözləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR