Slimfit
  1. MARAQLI

Məşhur danimarkalı karikaturaçının 1964-cü ildə Bakı səfəri

Məşhur danimarkalı karikaturaçının 1964-cü ildə Bakı səfəri
Sakura

Məşhur danimarkalı karikaturaçının 1964-cü ildə Bakı səfəri

Paytaxtımız və onun sakinlər avropalı qonağın  rəsmlərində  necə təsvir olunub.

Herluf Bidstrup - Avropa karikatura sənətinin əsl ulduzudur. Təsadüfi deyil ki, onun adına asteroid və hərbi gəmi verilib, barəsində tamaşalar qoyulur və ölümündən sonra 5000-dən çox rəsm əsəri miras qalıb. 

60-cı illərin əvvəllərində 48 yaşlı Herluf SSRİ haqqında böyük bir layihə hazırlamaq fikrinə düşür. O, bu məqsəd üçün Kremlin xarici təbliğat ruporu olan APN-ə (Aqenstvo peçati “Novosti”) dəstək üçün müraciət edir. Danimarkalı rəssam kommunist olduğundan ona belə bir izacənin alınması çətin olmur və o, Sovetlər İttifaqında gəzməyə çıxır. 

O, İttifaqın  ən xarakterik yerlərindəki şəhərləri seçir: paytaxtı, Sibirı, Orta Asiyanı, Rusiyanın mərkəzi hissələrini, Baltikyanı ölkələri, Qara dəniz sahillərini və Zaqafqaziyanı. Zaqafqaziyada seçim Bakının üzərinə düşür.

Azərbaycan paytaxtı onun uzun səyahətinin son mərhələsində, 1964-cü ildə olur. Elə həmin il Bidstrup Lenin mükafatına layiq görülür. ("Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə").

Bakıda

Bakıda Herlufu gəzintilərində həmin vaxt hələ İttifaq səviyyəsində məşhur olmayan,  ancaq artıq özünü böyük rəssam kimi təsdiq etmiş Tahir Salahov  müşayiət edirdi.

Tahir Salahov 1964-cü ildə. Gələcək Sosialist Əməyi Qəhrəmanı, SSRİ, Azərbaycan və Rusiya Federasiyasının xalq artisti, SSRİ Dövlət Mükafatı və Azərbaycan SSR Dövlət Mükafatı laureatı, professor, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti, Fransa İncəsənət Akademiyasının müxbir üzvü.

Tahir Salahovun dediyinə görə, danimarkalı Bakıya heyran olmuşdu. Neft Daşları və Köhnə Şəhər onda xüsusi maraq doğurmuşdu. Bakılılarla ünsiyyət qurarkən, onların adi insanlar olduğuna, xüsusi olaraq hazırlanmış aktyorlar olmadığına, bir əcnəbiyə bu qədər qeyri-adi xeyirxahlıq göstərdiklərinə sonuna kimi inana bilmirdi. 

Salahov  və  Bidstrup  Neft Daşlarında

Ancaq burada onun başına məzəli hadisələr də gılmişdi. Bir dəfə Bidstrup milis tərəfindən həbs edildi:

Bazarda milis, bloknotunda qeydlər aparan Bidstrupu casus zənn edərək həbs etmişdi. Mən həmin bazardakı istintaq təcridxanasına getdim, gördüm ki Bidstrup orada oturur və həmin vaxt təqsirkar kimi oraya salınmış digər insanları çəkir. 

Salahovun xatirələrindən

"Sovet İttifaqında Herluf Bidstrup nələri  gördü" kitabından Bakının rəsmləri

Bu albomdakı rəsmlər mənim APN-in dəvəti ilə Sovetlər İttifaqında səfərdə olduğum zaman çəkilib. Agentlik onu müxtəlif ölkələrdə yaşayan oxucuları üçün bir neçə dildə çap edib. Mən Sovetlər İttifaqında baş verənlərin hamısını göstərməyi bacarmadım və buna cəhd də etmədim. Bu albomda yalnız anlıq, ötəri, təsadufi təəssuratlar toplanıb, ancaq güman edirəm ki, bunlar dünyadakı ilk sosialist ölkəsi haqqında daha çox şeylər öyrənmək istəyənlər üçün maraqlı olacaqdır. Ümid edirəm ki, Sovet insanları üçün də bu albom müəyyən maraq doğuracaq. Əgər təsvirlər bəzən çox şarj olunmuş görsənərsə, sovet dostlarımdan üzrlü saymalarını xahiş edirəm. Bunda uzun müddət satira janrında işləməkdən yaranmış mənim “peşəkar xəstəliyim” günahkardır. Mən sovet insanlarını incitmək fikrindən uzağam. Mən onlara dərin hörmət bəsləyirəm və heç kimin qarşısında olmadığı kimi qarşılarında baş əyirəm. Onlar cəmi 50 il ərzində ən çətin şərtlərdə fədakar zəhmət və qəhrəmanlıqla aparılan mübarizə sayəsində bu vaxtadək utopiya kimi görsənən bir cəmiyyət yaradıblar. Belə bir cəmiyyətin reallığı bütün dünyada sülhün qorunması və digər xalqların azadlığı və müstəqilliyi üçün çox böyük əhəmiyyətə malikdir.

Helup Bidstrup - müəllifdən

Azərbaycan

Bakı - Azərbaycanın paytaxtı. Şəhər mənzərəli şəkildə Xəzərin sahilində dağlıq yerin ətəyində yerləşir. İnqilaba qədər neft istehsalı ilə məğul olan müəssisələr xarici kapitalistlərə məxsus idi. Məşhur Nobel qardaşları, Rotşildlər və keçmiş Amerika prezidenti Quver öz sərvətlərini,  həyat şərtləri katorqada olanlardan da dəhşətli olan fəhlələrin istismarı hesabına çoxaldırdılar.

İnqilab buna son qoydu. İndi sovet vətəndaşları özləri  vətənlərinin təbii ehtiyatlarının  sahibidirlər. Bakı çoxsaylı tarixi abidələri olan qədim şəhərdir. Qədimlik burada müasir memarlıqdan ayrılır.

Qız qalasının qabağında hələ ağaclar yoxdur.

“Mirvari” kafesi

Bu şəkil Moskvaya aid seçmələr yerləşdirilmişdi, ancaq bizə elə gəlir ki, bu da Bakı barədədir, daha doğrusu maştağalı haqqındadır (Axı bu iş, sovet dövründə onların biznesi idi). Azərbaycanlı qızlar dirsəklənib dondurma yeyir, oğlanlar isə restoranda damaqlarında siqaret böyüklər kimi görünmək istəyirlər.

Şərhsiz

Şəhərin ən hündür yerində Bakı və Azərbaycanın 1920-ci ildə müdaxiləçilərdən azad edilməsinə rəhbərlik etmiş Kirovun abidəsi ucaldılıb (təbii ki, qonaq bu məlumatı   o vaxtkı rəsmi təbliğatdan əldə edib. Biz sadəcə onun yazdıqlarını olduğu kimi saxlamışıq – red.)

Hansı mehmanxana olduğunu anlamaq çətindir. " Köhnə İnturist " üçün çox uzaqdır, başqa mehmanxanalar isə evlərin arasında yerləşir.

İsti havada bir stəkan ağ çaxır içməyin yeri var.

Azərbaycan kinoteatrının qarşısındakı Dequstasiya zalına bənzəyir.

Piyadalar yolun hərəkət hissəsinə elə rahat çıxırlar ki, sanki avtomobil hələ icad olunmayıb. Yüksəkdə yerləşən budkada isə tənzimləyici əyləşir və bütün səyi ilə həmin maymaqları bəladan qorumağa çalışır. Sürücü, ehtiyatlı ol, qəzada günahkar olacaqsan! Sənin portretin cinayət məlumatına,  başqalarını çəkindirmək və nəsihət üçün yerləşdiriləcək.

Çoxsaylı elanlarda müxtəlif məlumatlara rast gəlinir. 

Azərbaycanda çoxlu müsəlmanlar yaşayır, ancaq belə görünür ki, məscidlərə yaşlı nəslin nümayəndələri gedirlər. Qadınlar kişilərdən aralı taxta arakəsmə ilə ayrılmış məscidin arxa hissəsində otururlar. Quran belə buyurur.

Şəhərin köhnə hissəsindəki dar küçələr özünəməxsusdur.

İçərişəhər

Şəhərdə rekonstruksiya işləri aparılarkən köhnə evlərin fundamentlərinin altından saray, gözəl sütunlar aşkar olunub, sonradan bərpa edilib.

Yenə orada

Bakı bazarında bal almaq olar, ancaq bundan da dadlı - müalicəvi hesab olunan arı şanlarıdır. İsti hava olmasına baxmayaraq təzə  hinduşka çox dadlı və yağlıdır. Sən isə evə çatanadək yolunmuş yaş toyuğa oxşuyacaqsan.

Bakıda da bir çox qadın kişiləri idarə edir - ən azı bərbərxanada.

Bazar və bərbərxana

Bulvar

Azərbaycan qadını çadranı atıb, amma tam olaraq köhnə adətən əl çəkməyib: yox yox, hə və örpəyin  ucu ilə ağzını örtür.

Qadınlar

Çimərlik

Bakının yaxınlığında Xəzər dənizinin qumlu təpələri üzərində yeni sənaye şəhəri salınıb və onun indi 20 yaşı var. Orada 100 min əhali yaşayır. Burada metallurgiya və poladəritmə zavodları, kimya kombinatı və çoxsaylı yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Azərbaycanın sənaye məhsulları dünyanın 56 ölkəsinə ixrac olunur.

Sumqayıt

Gənc qız poladəritmə zavodundakı nəzarət məntəqəsində. Azərbaycan iqlimində böyümək lazımdır ki, belə isti yerdə rahat işləyə biləsən.

Bu kukluksklançı deyil, poladəridəndir. 

Neft daşları

Bakıdan 75 km aralıda açıq dənizdə polad dirəklər üzərində bütöv bir şəhər salınıb. O daim böyüyür. Yeni yollar çəkilir və yeni neft quyuları qazılır. İddia edilir ki, Xəzər dənizini altında 7-8 km dərinlikdə daha bir dəniz  -  neft dənizi yerləşir. Burada dalbadal 10 gün işləyirlər, sonra dəniz və ya hava yolu ilə Bakıya istirahət etməyə gedirlər. Burada cəmi 2 nəqliyyat növü var: gəmi və ya vertolyot.

Mənbə: Визит в Азербайджан

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR