Slimfit
  1. İDMAN

Məşhur bukmeyker saytı Azərbaycan və Ermənistan klublarını qarışdırdı

Məşhur bukmeyker saytı Azərbaycan və Ermənistan klublarını qarışdırdı
Sakura

Məşhur bukmeyker saytı Azərbaycan və Ermənistan klublarını qarışdırdı

Futbol24.com bukmeyker saytı Yevlaxın “Karvan” klubunu “dirildib”.

Oxu.Az xəbər verir ki, 2014-cü ildə dağılan futbol klubu bu gün “oyun keçirib”.

Maraqlı burasındadır ki, “Karvan” Ermənistanın “Şirak” komandası ilə yoxlama oyunu keçirib. Məsələni araşdırmaq üçün çox vaxt sərf etmədik. Bunun üçün Ermənistan klubunun bugünkü tarixdə hansı klubla yoxlama oyunu keçirməsinə nəzər saldıq.

Sən demə, “Şirak” bu gün “Karvan” yox, “Van” klubu ilə yoxlama oyunu keçirib. Ad oxşarlığı isə belə nöqsanın yaranmasına səbəb olub.

Qeyd edək ki, “Karvan” 2004-2014-cü illərdə mövcud olmuş klubdur. Yevlax klubu Yunis Hüseynovun rəhbərliyi altında Azərbaycan çempionatının gümüş və bürünc medallarını qazanıb, ölkə kubokunun finalında mübarizə aparıb. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR