Slimfit
  1. AZƏRBAYCAN

Məşhur alimdən Afaq Bəşirqızına sərt sözlər: “Biz ona Söylü obrazı ilə kəndçiləri aşağılayanda etiraz etməliydik”

Məşhur alimdən Afaq Bəşirqızına sərt sözlər: “Biz ona Söylü obrazı ilə kəndçiləri aşağılayanda etiraz etməliydik”
Sakura

Məşhur alimdən Afaq Bəşirqızına sərt sözlər: “Biz ona Söylü obrazı ilə kəndçiləri aşağılayanda etiraz…

İqtisadçı alim Qubad İbadoğlu xalq artisti Afaq Bəşirqızının məlum açıqlamasına sərt reaksiya verib.

AzToday.az xəbər verir ki, Qubad İbadoğlu xalq artistinin kəndçi şəhərli bölgüsü edən açıqlamalarının ziyanlı olduğunu deyib:

“Sosial şəbəkədə Afaq Bəşirqızını qınayan çoxlu yazılar gördüm. Önun xalqın indiki çətin psixoloji və sosial durumda, əhalinin virusla yanaşı hakimiyyətin biganəliyə görə əsəblərinin tarıma çəkildiyi şəraitdə kəndçi şəhərli bölgüsü yaradan birincini təhqiredən açıqlamalarını təkrarlamaq istəmirəm. Hesab edirəm ki, biz ona “Bəxt üzüyü” filmində yaratdığı və məşhurlaşdığı Söylü obrazı ilə kəndçiləri aşağılayanda etiraz etməliydik. Amma onun bu obrazı əksinə xalqda ona rəğbət yaratdı. Çünki, xalqa bölücülük yad deyildi, ona qədər regionlar, kəndlə şəhər, qadınla kişi arasında bölücülük inkişaf edib, xəstəliyə çevrilmişdi. Elə bu da Afaq Bəşirqızının tərbiyəsini korlamışdı. İndi də həmin bölücü düşüncə ilə mətbuata dediklərimdən peşman deyiləm açıqlamasını verir.

“Azərbaycan Respublikasının xalq artisti” fəxri adı (1993) “Şöhrət” ordeni laureatı (2013)‚ Prezidentin fəxri təqaüdçüsü (2015), Mədəniyyət və İncəsənət Universetinin professoru kimi layiq olmadığıl tutulları daşıyan aktrisa görünür ki, komik tərzdə fikir bildirib, hakimiyyətin siyasətinə dəstək verməklə hakimiyyətdə olan şəhərlilərin rəğbətini qazanmaq istəyib, amma buna nə aktyorluq qabliyyəti, nə siyasi yetkinliyi və nə də insanı keyfiyyəti çatmayıb. Bax, bu onun faciəsidir. Faciə odur ki, açıqlaması ziyanlıdır və uğursuz zamanda verilib. Hazırda əsl ziyalı xalqı birliyə çağırardı, vəhdətdən, həmrəylikdən, dəstəkdən danışardı. Amma heç şübhəsiz ki, onun da bu hakimiyyətdən umduğu nələrsə var, bəlkə Milli Məclisə seçilmək istəyir, bəlkə istəyir ki, hardasa rəhbər olsun, bəlkə yenə ev almaq istəyir. Belələrinin xislətini bilmək çətin deyil, ardıcıl izləsəniz, bu xətti görə bilərsiniz, şəklindən də seçmək mümkündür, lap deputat kimi oturub, danışığı da heç onlardan fərqlənmir”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR