Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Məşhur alim xərçəng xəstəliyinin əsas 7 simptomunu açıqladı

Məşhur alim xərçəng xəstəliyinin əsas 7 simptomunu açıqladı
Sakura

London Onkologiya Mərkəzinin alimi Makmillan Kris Stil xərçəng xəstəliyi ilə bağlı açıqlama verib

London Onkologiya Mərkəzinin alimi Makmillan Kris Stil xərçəng xəstəliyi ilə bağlı açıqlama verib.

Ölkə.Az” xəbər verir ki, məşhur alim xərçəng xəstəliyinin əsas 7 simptomunu açıqlayıb və qeyd edib ki, bu simptomlar üzə çıxanda dərhal onkoloq-həkimə müraciət etmək lazımdır.

Alim simptomlar arasında bağırsağın və ya sidik kisəsinin fəaliyyətindəki qəfil dəyişiklik, izah edilməyən qanaxma, sinə və ya digər hissədə qalınlaşma, udma zamanı çətinlik yaranması, bədəndəki xalın rəng və ölçüsünün dəyişməsi, ağır və xırıltılı öskürək, uzun müddət sağalmayan yara olduğunu xüsusilə qeyd edib.

Stil əlavə edib ki, yuxarıda sayılan simptomlar onkologiya ilə bağlı olmaya da bilər. Amma bununla belə, əgər bu simptomlar üzə çıxıbsa, həkimə müraciət edilməlidir.

Britaniyalı alim xatırladıb ki, əgər zamanında düzgün diaqnoz qoyulsa, 10 xərçəngin 4-ünü müalicə etmək və ya qarşısını almaq mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR