Məşhur aktyor koronavirusa qalib gəldi
Martın 16-da koronavirusa yoluxan britaniyalı aktyor İdris Elba infeksiyaya qalib gəlib.
Teleqraf.com xəbər verir ki, karantin müddətini həyat yoldaşı, model Sabrina Daur ilə keçirən 47 yaşlı aktyor izolasiya dövrünün onların münasibətinə müsbət təsir etdiyini bildirib.
Bu barədə “AP News”a müsahibəsində danışan İdris COVİD-19 virusunun onların həyatında çevriliş etdiyini açıqlayıb:
“Birlikdə keçirdiyimiz bu təcrübə qorxunc, narahat və əsəbi idi. Həyatımızda yeni səhifə açıldı. Düşünürəm ki, insanlar ildə bir həftə karantin rejimində qalıb, biri-birilərinə lazım olduğunu anlamalıdırlar”.
Qeyd edək ki, İdris Elba koronavirusa yoluxması haqda Tvitter səhifəsində məlumat vermişdi.
O, "Böyük oyun", "Prometey", "Tor" kimi filmlərlə məşhurlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət