1. MEDİA

Məşğulluğun təminatı diqqət mərkəzindədir

Məşğulluğun təminatı diqqət mərkəzindədir

Məşğulluğun təminatı diqqət mərkəzindədir

2022-ci ilin ilk rübünün yekun¬larına həsr edilən müşavirədə Prezident İlham Əliyevin xüsusi vurğuladığı məsələlərdən biri vətəndaşların məşğulluğunun təmin edilməsinə həsr olunmuşdu. Bu məsələ dövlət başçısının sosial siyasətinin mərkəzində dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqti¬sadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsində real ifadəsini tapır. Dövlətimizin başçısı xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanma¬sını şərtləndirən yeni sərəncamları da bu işlərin parlaq təzahürüdür. 

        Azərbaycan Ordusunun parlaq qələbəsi nəticəsində ərazilərimizin işğaldan azad olunmasından sonra həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də şəhidlərimizin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərimizə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsidir.  Bu istiqamətdə ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq xeyli tədbir həyata keçirilib. İlk növbədə, sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunub. Dövlətimizin başçısının müvafiq fərman və sərəncamlar əsasında şəhid ailəsi üzvləri, müharibə əlilləri, həmçinin müharibə veteranlarını əhatə edən həssas kateqoriyadan olan insanlara ödənilən Prezident təqaüdünün məbləği, eyni zamanda, əlilliyə görə verilən sosial müavinətlər 60 faizədək artırılıb.

        Məşğulluq sahəsinə dəstək çərçivəsində 11 min şəhid ailəsi üzvü və müharibə əlili məşğulluq tədbirləri ilə əhatələnib. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilərək, kiçik ailə təsərrüfatının qurulması imkanından yararlanıb. İşədüzəltmə proq¬ramı da uğurla yerinə yetirilib. Məşğulluq marafonu çərçivəsində, xüsusilə sahib¬karlarımızın bu proqrama fəal qoşulması nəticəsində yaradılan vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və müharibə əlili cəlb edilib. Bu proqramın ən önəmli istiqamətlərindən biri ölkə rəhbərinin vur¬ğuladığı kimi, mənzil təminatı məsələləri olub. Ötən il üç minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə verilib. Cari ilin birinci rübündə isə 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin verilməsi nəzərdə tutulub.

        Ümumiyyətlə, son üç il ərzində ölkə Prezidentinin müvafiq fərman və sərəncamları ilə bu kateqoriyadan olan insanlara 6300 mənzil ayrılıb. Yeri gəlmişkən, müstəqillik dövründə bu rəqəm 12 min 500 mənzil təşkil edib. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramının payına düşüb. Cari ilin sonunadək əlavə 1300 mənzilin də ayrıla¬cağı nəzərdə tutulub.

         

Rafael Məmmədov, Cəlilabad RİH-nin aparıcı məsləhətçisi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR