“Məşədi İbad”ın Gülnazı vəfat etdi
“O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib.
Ens.az xəbər verir ki,Bu barədə “Qafqazinfo”ya T. Gözəlovanın qohumları məlumat verib. Qeyd olunub ki, 80 yaşlı aktrisa həyatını itirib.
Qeyd edək ki, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 65-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 56-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T. Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.
Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adıyla məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət