Slimfit
  1. ƏDƏBİYYAT

Məşədi Əyyub Baki - Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün

Məşədi Əyyub Baki - Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün
Sakura

Məşədi Əyyub Baki - Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün

Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün,
Fatimə başın açib, sinə elər çak bu gün.

Düşdü atdan yerə çün padşəhi-Kərbübəla,
Əmri-İlahi yetişib cümlə mülk geydi qarə,
Lərzəyə düşdü, bəli, küngireyi-ərşi-Xuda,
Tirə-tar oldu hava, titrədi əflak bu gün.

Şiələr etdi imam əhdinə peyman, axır,
Verdi yüz şövq ilə yetmiş iki qurban, axır,
Bir həya eyləmədi Şümri-bədərkan, axır,
Başını kəsdi susuz, eyləmədi bak, bu gün.

Ya Hüseyn, hansı peyğambər belə fərman verdi?
Oğlunu, qardaşını ümmətə qurban verdi?
Gün qabağında, qum üstündə susuz can verdi,
Ağladı halətinə pak ilə napak bu gün.

Əhli-Quran eylədi hörmət əcəb Quranə,
Rükni-məzbəb pozulub, rəxnə yetib imanə.
Od düşüb bargəhi-dinə, olub viranə,
Yandı dibaçeyi-şər içrə o əmlak bu gün.

Kərbəla vaqiəsi etdi qədər qəddini xəm,
Tarmar oldu qəza mülkü, pozuldu aləm.
Məhv olub lövh xətti, ah ki, süst oldu qələm,
Qursi-xurşid edər seyrdən imsak bü gün.

Kərbəlayə baş açıq həzrəti-İsa gəldi,
Başın əldə gətirib, həm Zəkəriyya gəldi,
Yusif, Yunis, Əyyub ilə Yəhya gəldi,
Ənbiyalar başına tökdü fələk xak bu gün.

Dəmbədəm başə vurub nalə edər Mikayil,
Ağlayır sübhü məsa şivən ilə İsrafıl.
Əli qoynunda qalıb həşrə kimi Cəbrayil
Bəski Peyğəmbər olub ərşdə qəmnak bu gün.

Naləvü şurə dəxi kulli-cəmadət gəlib,
Va Hüseyn, zikri ilə dərdə nəbatat gəlib,
Həm nəvayə dil açıb, cümleyi-zərrat gəlib,
Ağıl matəmzad olub, ağladı idrak bu gün.

Qisseyi-Kərbübəladan qəmər olmuş münşəq,
Qara xətt ilə yazılmış o səbəb kəlmeyi-həqq.
Qüsseyi-Kərbübəlanı yaza bilməz mütləq,
Nitqi-Baki nə qədər kim ola çalak bu gün.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR