Dərc edildi: Baxış sayı: 1093
Məşədi Əbdül Şahin - Salıb məni qəmi-eşqin bir elə halə,balam
Salıb mәni qәmi-eşqin bir elә halә, balam,
Göz ilә görmәyәsәn, gәlmәzәm xәyalә, balam!
Şikayәti-şәbi-hicranı birbәbir edәrәm,
Yetişsә bir dә әlim damәni-vüsalә, balam!
Qaşın şәbahәti tiği-Әliyyi-İmrandır,
Üzün Mәhәmmәdә bәnzәr, qaşın hilalә, balam!
Siyahpuş olub gizlәnibdi zülfündә,
Yәqin kәmindә yatıb arizindә xalә, balam!
Tamami-xәlq edәr Kәbeyi-xudayә sücud,
Әgibdi qibleyi-qaşın mәni şimalә, balam!
Yenә xummar gözün ox çәkib kәman tutmuş,
Yәqin veribdir ona lәblәrin piyalә, balam!
Olur günah edәn mәrd davәrә Rәhzәn,
Sәnә mәhaldır üsyan gәlә xәyalә, balam!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət