Slimfit
  1. CƏMİYYƏT

Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəhram Bağırzadənin səhhətindən danışdı

Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəhram Bağırzadənin səhhətindən danışdı
Sakura

“Bəhram Bağırzadənin ümumi sağlamlıq vəziyyəti stabil, kritik ağır olaraq qalır”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev ATV kanalında yayımlanan “ATV xəbər” proqramına verdiyi müsahibəsində deyib. B.Musayev Əməkdar artistin sağlamlığında cüzi irəliləyişin olduğunu bildirib:

“Müəyyən laborator rentgenoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir. Lakin Bəhramın vəziyyəti hələ də ağırdır”.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirusa yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR