Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxananın əməkdaşları “ANKOSLink 2021” beynəlxalq konfransına qatılıblar

Mərkəzi Elmi Kitabxananın əməkdaşları “ANKOSLink 2021” beynəlxalq konfransına qatılıblar
Sakura

Mərkəzi Elmi Kitabxananın əməkdaşları “ANKOSLink 2021” beynəlxalq konfransına qatılıblar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Türkiyə Cümhuriyyətinin Antalya şəhərində keçirilən “ANKOSLink 2021” beynəlxalq konfransda iştirak ediblər. Antalya şəhərinə ezam edilən işçi heyətinin tərkibində MEK-in Azərbaycanşünaslıq və MRY şöbəsinin əməkdaşları Surə Məmmədova, Aytən Xudiyeva, Sərbəst Elektron Resurslar şöbəsinin əməkdaşları Gülarə Səbzəliyeva və Xəyalə Kərimova olub.

Səfər çərçivəsində kitabxana tərəfindən ANKOS-un prezidenti Doç. Dr. Güssün Güneşə, Antalya Bilim Universitetinin rektoru Prof. Dr. İsmail Yüksekə və Kırıkkale Universitetinin kitabxanasına AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən tərtib edilən və 2021-ci ildə işıq üzü görən “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici, “Qarabağ”, “Qədim Şuşa”, “Nizami Gəncəvi” (2 cildlik), “Qobustan” adlı dəyərli nəşrlər hədiyyə edilib, gələcək tərəfdaşlığa dair müzakirələr də aparılıb.

Qeyd edək ki, “ANKOSLink 2021” kitabxana informasiya texnologiyaları, məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlardan verilənlər bazasına abunəlik, yeni kitabxana xidmətləri və mövcud xidmətlərin inkişafı üçün şərait yaradan beynəlxalq konfransdır. “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həlləri” adlı konfransa dünyanın müxtəlif ölkələrindən 500-dən çox kitabxana- informasiya mütəxəssisi qatılıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR