Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır

Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır
Sakura

Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır

 

AMEA Mərkəzi Elmi Kitabxananın rəhbərliyi  hazırda elmi ictimaiyyətə daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda, kitabxananın  fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur. 

Elm haqqında Azərbaycan Respublikasının Qanununda (2016, maddə 1.0.13)  “elmi innovasiya – elmi fəaliyyətin məzmun və vasitələrinin, elmi nəticə və məhsulların, həmçinin onların tətbiqi texnologiyalarının və istifadə üsullarının yenilik xarakterinə malik olması” kimi göstərilir.  Azərbaycan elminə innovativ xidmət istiqamətində,  “Elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetlərini” (Maddə 3.) əldə rəhbər tutaraq “elmin davamlı və sistemli inkişafının təmin edilməsi” ( 3.2.1.) məqsədi ilə Akademik fondların təşkilini məqsədəuyğun sayır. 

Akademik fondlar dedikdə ayrı-ayrı görkəmli akademiklərin MEK-ə hədiyyə etdiyi və edəcəyi şəxsi  sənəd kolleksiyaları nəzərdə tutulur. Hazırda kitabxanada bu qəbildən Yevgeniy Eduardoviç Bertels, Boris Nikolayeviç Zaxoder,  Y.A.Paxomov,  Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır. MEK Akademik fondların yaradılması üçün AMEA-nın rəhbərliyi və hörmətli akademiklərimizə müraciət edir: 

Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş innovativ bir prosesdir və AMEA MEK-də aparılan islahatların əsas tərkib hissələrindən birini təşkil edir. 

Akademik fondlara Azərbaycan Milli Elmlər Akademiyasının  Rəyasət Heyətində, elmi-sahəvi institutlarında çalışan və ya çalışmış, eyni zamanda  akademik elmi dünya miqyasında tanıdan Azərbaycanın digər elmi qurumlarında müxtəlif elm sahələrini təmsil edən akademiklərin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və elektron) və s. ibarət kolleksiyalar daxildir. 

Akademik  kolleksiyaların tərkibinə:

• Elmi əsərləri: elmi yaradıcılıq məhsulları: kitablar, elmi toplular, konfrans materialları, e-nəşrlər, digər yaradıcılıq məhsullar;

• Hədiyyə olunmuş avtoqraflı nəşrlər;

• Şəxsi kitab kolleksiyası;

• Fotosurətlər, reprint nəşrlər,albomlar və s.; 

• Dövri mətbuat nümunələri və s. daxil ola bilər.

Akademik kolleksiyalar:

• Beynəlxalq aləmdə qəbul edimiş  biblioqrafik standartlara görə kataloqlaşdırılacaq;

• Kolleksiyaya daxil olan hər bir sənəd şəxsi möhürlə imzalanacaq, xüsusi  inventar  ştrix-kodu ilə (abbreviatura) qeydiyyata alınacaq;

• Biobiblioqrafik Elektron Məlumat Bazaları yaradılaraq Mərkəzi Elmi Kitabxananın saytında istifadəçilərə təqdim olunacaq;

• Biblioqrafik göstəricisi hazırlanacaq;

• Kolleksiyaların vaxtaşırı, əlamətdar  və tarixi günlərdə müvafiq qaydada  sərgiləri, təqdimat-mərasimləri keçiriləcək;

• Xüsusi Akademik zalda kolleksiyalara daxil olan sənədlərin istifadəsi açıq rəf üsulunda təşkil ediləcək; 

• Kolleksiyaların mühafizəsi, fiziki və bioloji təsirlərdən qorunması üçün  zəruri şərait təmin olunacaq;

• Beynəlxalq elmi əlaqələrdə  kolleksiyaların biblioqrafik təsvirlərinin informativ mübadiləsi aparılacaqdır. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR