Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunmuş sərgi açılıb

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96-cı ildönümünə  həsr olunmuş sərgi açılıb
Sakura

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunmuş sərgi açılıb

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunan sərgi açılıb. Sərgidə kitabxananın fondlarında saxlanan, alimin “Görmə orqanının vərəmi”, “Oftalmologiyanın aktual problemləri”, “Yüksək əqidə”, “Pedaqogika” (Z.Əliyeva, A.Mollayeva) və onun haqqında yazılmış “Zərifə Əliyeva biblioqrafiya”, “Zərifə Əliyeva” (H.Mirələmov), “İridodiaqnostika” (R.F.Təhməzov), “Qaranlığa nur saçan zəka” (M.Seyidov) kitabları nümayiş olunur. Bundan əlavə sərgidə Ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatların, eləcə də iştirak etdikləri konfrans, tədbir və səfərlərin də fotolarının yer aldığı toplu nümayiş olunur.

Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar haqqında MEK-in elektron kataloqundan tanış olmaq mümkündür. Oftalmoloq alimin kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib. MEK tərəfindən alimin həyatı və yaradıcılığı haqqında videofilm hazırlanaraq kitabxananın videodivarında nümayiş olunur. Oxucular və istifadəçilər uzun müddət davam edəcək sərgi ilə tanış ola bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR