Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmət vaxtını yenidən uzatdı

Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmət vaxtını yenidən uzatdı
Sakura

Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmət vaxtını yenidən uzatdı

Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmət vaxtını yenidən uzatdı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) iş rejimində dəyişiklik edilib. Belə ki, oxucuların çoxsaylı xahişləri nəzərə alınaraq, Mərkəzi Elmi Kitabxanada xidmət vaxtı yenidən uzadılıb. MEK cari ilin dekabr ayının 1-dən etibarən həftəiçi beş gün saat 10:00-dan 22:00-dək oxuculara xidmət göstərəcək.

Məlumat üçün qeyd edək ki, karantin qaydalarının yumşaldılması ilə əlaqədər 2021-ci il oktyabr ayının 15-dən etibarən oxuculara yerində fəaliyyəti yenidən bərpa edən MEK-də bir sıra yeniliklər də həyata keçirilib. MEK-də ilk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilir.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR