Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxana Kitab Festivalında öz nəşrləri ilə təmsil olundu

Mərkəzi Elmi Kitabxana Kitab Festivalında öz nəşrləri ilə təmsil olundu
Sakura

Mərkəzi Elmi Kitabxana Kitab Festivalında öz nəşrləri ilə təmsil olundu

Mərkəzi Elmi Kitabxana Kitab Festivalında öz nəşrləri ilə təmsil olundu

11 iyunda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) öz stendi ilə təmsil olunub.

Sərgidə MEK-in fondlarındakı türkdilli ölkələrin dəyərli və maraqlı nəşrləri təqdim olub. 

Onların sırasında "Heydər Əliyev siyasəti: tarix və müasirlik", "Zəfər yolu. 44 günlük Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları, müsahibələri, tvitləri", akademik İsa Həbibbəylinin " Molla Pənah Vaqif" və "Nizami Gəncəviyə fəxriyyə", akademik İsa Həbibbəyli və dosent İsmixan Osmanlının "Qabdulla Tukay və Azərbaycan", eləcə də "Azərbaycan yazıçıları XX-XXI yüzillikdə", Üzeyir Hacıbəylinin "Bayrağımız sarsılmaz",  "Türk dünyası Nevruz ansiklopedisi", "Atatürk ve modern Türkiye", "Dünya mirasında Türkiye", "Türkmenistan", "Türkmənlərin mənəvi dünyası", "Modern Kazakhstan" üç dildə, Şəmsəddin Kuzəçinin "İraq mətbuat tarixi (1869-2019)", Çingiz Aytmatov "Seçilmiş əsərləri", "Uzbekistan is our common home" özbək, rus və ingilis dillərində, Nihat Çetinkayanın "Kızılbaş Türkler. Tarihi, oluşumu ve gelişimi" və digərləri olub.

Sərgi iştirakçıları tərəfindən xüsusi maraq kəsb edən MEK-in təqdim etdiyi nəşrlər festivalın təşkilatçılarından olan Bizim.Media-nın masasında təqdim edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR