Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxana BDU-nun Filologiya fakültəsinin tələbələrini mükafatlandırıb

Mərkəzi Elmi Kitabxana BDU-nun Filologiya fakültəsinin tələbələrini mükafatlandırıb
Sakura

Mərkəzi Elmi Kitabxana BDU-nun Filologiya fakültəsinin tələbələrini mükafatlandırıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda təlimlər davam edir.

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin tələbə və magistrləri “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak ediblər. Tələbələr məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılıb. Onlara “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib. Təlimləri başa vuran tələbə və magistrlərə “Vikipediya”da yaratdıqları məqalələrə görə MEK-in rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.

MEK-in direktor müavini Elnur Eltürk BDU-nun tələbələrinin vikitəlimlərdə fəal iştirak etdiyini bildirib: “Ölkədə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini göstərir. Təlimlərin nəticəsi olaraq, son illər “Vikipediya”nın Azərbaycan bölməsində məqalələr yenilənir və etibarlı mənbələrlə zənginləşdirilir. BDU-nun tələbələri “Vikipediya”da filologiya sahəsində onlarla məqalə yaradaraq bu işə öz töhfələrini verirlər. Təlimlərdə iştirak edən könüllülər “Vikipediya”da ədəbiyyat və filologiya mövzusunda məqalələrin yaradılması, redaktəsi və boşluqların aradan qaldırılması ilə bağlı fəaliyyət göstərəcəklər”.

Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı Gülnar Axundova bildirib ki, ilkin mərhələdə təlimlərə fakültədən 5 tələbənin iştirakı nəzərdə tutulsa da, hazırda könüllülərin sayı artıb. Qeyd edib ki, tələbə və magistrlər iki qrupa bölünərək təlimlərdə iştirak edirlər. G.Axundova tələbələrin “Vikipediya”nın filologiya sahəsində boşluqların aradan qaldırılmasına öz töhfələrini verəcəklərinə əmin olduğunu deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR