Dərc edildi: Baxış sayı: 228
Mərkəzi Bank kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlayır
Azərbaycan Mərkəzi Bankı (AMB) kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlayir.
Ens.az Banker.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Ümid edirik ki, bu, sırf kənd təsərrüfatı istehsalçıları üçün maliyyələşmə nöqteyi-nəzərdən böyük töhfə verəcək. Eyni zamanda girov tələbləri ilə bağlı riskləri nəzərə alaraq bir qədər yumşaldırıcı yanaşma etməyi düşünürük”, – T.Kazımov əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət