Slimfit
  1. İQTİSADİYYAT

Mərkəzi Bank faiz dərəcəsilə bağlı qərar verdi

Mərkəzi Bank faiz dərəcəsilə bağlı qərar verdi
Sakura

Mərkəzi Bank faiz dərəcəsilə bağlı qərar verdi

 
Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
Yeniavaz.com
 xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6,75%-ə qaldırılıb.  
Məlumat üçün qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank bankları və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (7,25%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 7 250 manat ödəməli olacaq.
Onu da bildirək ki, Mərkəzi Bankın bu qərarından sonra Azərbayacan uçot faiz dərəcəsinin ən yüksək olduğu 41-ci ölkə hesab olunur.
Uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkə isə Argentina hesab olunur. Bu ölkədə uçot faiz dərəcəsi 38% təşkil edir. Uçot faiz dərəcəsinin yüksək olduğu ölkələrin sıralamasında ilk yerlərdə 35%-lə Zimbabve, 30%-lə Liviya,  27%-lə Yəmən, 25%-lə Surinam, 23,15%-lə Venesuela, 22%-lə Haiti, 18%-lə İran qərarlaşıb.

Region ölkələridə isə uçot faiz dərəcələri belə olub:
İran - 18%
Özbəkistan - 16%
Tacikistan - 12,75%
Qazaxıstan - 12%
Ukrayna - 10%
Türkiyə - 9,75%
Gürcüstan - 9%
Belarus – 8,75%
Azərbaycan -7,75%
Rusiya - 6%
Ermənistan -5,25%
Qırğızıstan - 5%
Moldova - 4,5%
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR