Slimfit
  1. AZƏRBAYCAN

Mərkəz direktoru: "Azərbaycanda hər il 20-25 min nəfər şəkər xəstəliyinə tutulur"

Mərkəz direktoru: "Azərbaycanda hər il 20-25 min nəfər şəkər xəstəliyinə tutulur"
Sakura

Mərkəz direktoru: "Azərbaycanda hər il 20-25 min nəfər şəkər xəstəliyinə tutulur"

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 243 226 nəfər şəkərli diabet xəstəsi var. 

Report” xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə deyib.

O bildirib ki, xəstələrdən 53 401 nəfəri insulin, 36 963 nəfəri həm insulin, həm də şəkərsalıcı həblər, 152 862 nəfəri isə həblər tələb edən xəstələrdir.

İnsulin tələb edən xəstələrin 1600 nəfərinin 18 yaşa qədər olan uşaqlar olduğunu deyən Y.İsmizadə əlavə edib ki, qeydiyyatda olan bütün şəkərli diabet xəstələri insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilib, bu xəstəlikdən əziyyət çəkən uşaqlara 90 ədəd insulin pompası verilib.

O qeyd edilib ki, şəkərli diabet xəstələrinin qeydiyyatı, dərman preparatları və özünənəzarət vasitələri ilə təminatının səmərəliləşdirilməsi üçün belə xəstələrin vahid registri yaradılıb: “Hər il 20-25 min yeni şəkərli diabet xəstəsi qeydiyyata alınır. Artıq Bakı şəhəri üzrə elektron registr və məlumat bazasının təkmilləşdirilməsi başa çatıb. Hazırda 65 455 şəkərli diabet xəstəsi elektron sağlamlıq kartı ilə təmin edilib. Regionlarda bu iş 2019-cu ilin 6 ayı ərzində yekunlaşacaq”.

Y.İsmizadə şəkərli diabet xəstəliyinin profilaktikası məqsədi ilə tibb müəssisələrində diabet təlim məktəblərinin yaradıldığını, bu şəbəkənin genişləndirildiyini, bu il daha 12 regionda belə məktəblərin fəaliyyətə başlamasının planlaşdırıldığını vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR