Dərc edildi: Baxış sayı: 519
Merkel restoranda sıravi insanlarla şam edib
G20 sammiti başa çatdıqdan sonra Almaniya kansleri Angela Merkel Buenos-Ayresin Palermo rayonunda “Don Julio” restoranında şam edib.
Oxu.Az-ın xəbərinə görə, kanslerin restoranda olan zamanı digər insanlar üçün giriş qadağan edilməyib.
İstifadəçilər sosial şəbəkələrdə Angela Merkellə restorandan foto və videolarını paylaşıblar
Almaniya kansleri nahara kiçik nümayəndə heyəti ilə gedib. Şam yeməyindən sonra o, aşpazlarla foto çəkdirib.
Restoranın ətrafına toplaşan insanlar kansleri alqışlayıblar.
Xatırladaq ki, Angela Merkel G20 sammitinə “Iberia” aviaşirkətinə məxsus adi sərnişin reysi ilə gəlib, belə ki, kanslerin təyyarəsi texniki nasazlıqdan Avropaya qayıtmalı olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət