Slimfit
  1. DÜNYA

Merkel Paşinyana ciddi xəbərdarlıq edib

Merkel Paşinyana ciddi xəbərdarlıq edib
Sakura

Merkel Paşinyana ciddi xəbərdarlıq edib

Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri gözlənildiyi kimi rahat keçməyib.

Azvision.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb. Nəşr bildirir ki, söhbət təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debatdan getmir:
"Hakimiyyət ilk növbədə Paşinyana Avropanın tam dəstək verdiyini göstərmək istədi, amma məqsədinə çatmadı. Berlində Almaniya kansleri ilə keçirilən xüsusi görüşdə Angela Merkel ona keçmiş prezident Robert Koçaryanın işi ilə bağlı çoxsaylı suallar verib. Bu suallar o dərəcədə hərtərəfli və əsaslı olub ki, baş naziri əvvəlcə təəccübləndirib, sonra isə əsəbləşdirib. Xüsusən də diplomatik formullarda gizli olmayan tənqidi çalarlar səslənib".

Məlumata görə, Merkel Koçaryanın işinin siyasi təqib təəssüratı yaratdığını bəyan edib: "Əgər Ermənistan hakimiyyəti yaxın 1-2 ay ərzində qaldırılan suallara dəqiq və əhatəli cavab verməsə, bütün şübhələri aradan qaldırmasa, Almaniyanın Xarici İşlər Nazirliyi bu məsələni prioritet əsasda ikitərəfli münasibətlərin gündəliyinə daxil etməyə məcbur olacaq".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR