Slimfit
  1. DÜNYA

Merkel Netanyahuya qarşı çıxdı: “Dəstəkləmirik”

Merkel Netanyahuya qarşı çıxdı: “Dəstəkləmirik”
Sakura

Merkel Netanyahuya qarşı çıxdı: “Dəstəkləmirik”

Almaniya İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabrın 17-də seçkidə qalib gələcəyi təqdirdə İordan çayının qərb sahilinin bir hissəsinin ilhaq ediləcəyi ilə bağlı açıqlamalarını dəstəkləmir.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Berlində İordaniya kralı II Abdullahla birgə keçirilən mətbuat konfransında deyib.

"Fələstin-İsrail münaqişəsinin iki dövlətin mövqeyinə uyğun həll edilməsinin tərəfdarıyıq",- deyən Merkelin sözlərinə görə, istənilən ilhaq həll prosesini ağırlaşdırır. Buna görə də Almaniya belə çağırışlarla razı deyil.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Knesset seçkilərindən və yeni hökumət təşkil etdikdən sonra İsrail hakimiyyətini və suverenliyini İordan çayının üzərində və Ölü dənizin şimalında təmin etməsi ilə bağlı açıqlaması Fələstin-İsrail münasibətlərində vəziyyətin daha da kəskinləşməsinə səbəb olub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR