Dərc edildi: Baxış sayı: 559
Merkel Avropadakı qaçqın qəbulu sistemini tənqid edib
Almaniya kansleri Angela Merkel bildirib ki, onun fikrincə, Avropa İttifaqında (Aİ) qaçqınların qəbulu sistemini tənzimləyən Dublin reqlamenti işləmir. O, bunu İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra deyib.
Merkel həmçinin qeyd edib ki, Aİ-də miqrasiya böhranının uğurla tənzimlənməsi üçün bütün tərəflərlə, yəni həm qaçqın qəbul edən ölkələrlə, həm də miqrantları öz ərazisindən keçirib Avropaya ötürən və onların qaçqın düşdüyü dövlətlərlə fəal danışıqlar aparmaq lazımdır.
"Afrika haqqında danışmağımız kifayət etmir, biz Afrika ilə danışmalıyıq", - deyə o bildirib.
Mənbə: Virtualaz.org
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət