Merkel 1.5 saat jurnalistlərlə söhbət etdi
Kanslerin sağlamlığı ilə bağlı birbaşa sual yalnız mətbuat konfransının ortasında səsləndirildi
Almaniya kansleri Angela Merkel cümə günü böyük yay mətbuat konfransında çıxış edib, jurnalistlərlə ünsiyyət düz saat yarım davam edib.
AzNews.az xəbər verir ki, tədbir yerli vaxtla saat 10.30-da başlayıb və düz saat 12.00-da başa çatıb.
Kansler onlarla suallara cavab verdi. Jurnalistləri həm sırf daxili siyasi mövzular, qlobal məsələlər, həm də kanslerin şəxsi vəziyyəti maraqlandırırdı.
İyulun 17-də kansler 65 illiyini qeyd etdi. Son zamanlar onun səhhəti narahatlıq doğurur – iyun ayında Merkel bir neçə ictimai qınağa məruz qalıb, qonşu dövlətin yüksək rütbəli liderinin AFR-ə son səfəri zamanı kansler Almaniyanın tarixində ilk dəfə olaraq dövlət himnini stulda oturaraq dinləyib.
Merkel mətbuat konfransında da oturmuşdu, lakin kansler gümrah görünürdü və dəfələrlə zarafat edirdi. Mətbuat üçün kanslerin sağlamlıq mövzusunun aktuallığına baxmayaraq, jurnalistlər onun səhhəti ilə heç də dərhal maraqlanmadılar, müvafiq suallar veriləndə isə kansler cavab verdi ki, hökumət başçısı kimi öz səhhətinə olan marağı anlayır, amma əlavə edib ki, o, ölkəni idarə etmək iqtidarındadır.
"2021 - ci ildə siyasi işimi bitirəcəyəm, amma ümid edirəm ki, gələcəkdə sağlam həyat yaşayacam", - deyə Merkel bildirib.
Kanslerin sağlamlığı ilə bağlı birbaşa sual yalnız mətbuat konfransının ortasında səsləndirildi.
"Yaxşı, çox maraqlı sualdır", - Merkel jurnalistlərə gülümsəyərək dedi.
Sonuncu sual ABŞ prezidenti Donald Trampın Demokrat qadınların ünvanına səsləndirdiyi qalmaqal doğuran bəyanat barədə oldu.
Kansler amerikalı qadın siyasətçilərlə həmrəy olduğunu bildirdi. Bundan sonra o, ayağa qalxdı və mətbuat konfransını tərk etdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət