Slimfit
  1. AVTO VƏ MOTO

Mercedes-Benz GLE Rusiyada istehsal olunacaq

Mercedes-Benz GLE Rusiyada istehsal olunacaq
Sakura

Bu gün Mercedes-Benz şirkəti dördüncü nəsil GLE modelinin yeni tizerini dərc edib

Bu gün Mercedes-Benz şirkəti dördüncü nəsil GLE modelinin yeni tizerini dərc edib.

FED.az-ın məlumatına görə, bu dəfə alman istehsalçısı avtomobilin eksteryer dizaynını əks etdirən eskizi oxucuların diqqətinə çatdırıb.

Əslinə qalsa, bir neçə gün bundan öncə saytımız yeni Mercedes-Benz GLE modelinin cüzi kamuflyajla olan şəkillərini dərc etmişdir. Yeni ofrouderin təqdimatına sayılı həftələr qaldığı üçün avtomobilin tizerlərinin yayılması prosesi də intensivləşibdir. Dördüncü nəsil GLE modeli yeni MHA (Modular High Architecture) modul platformasında inşa edilibdir. Bu platformadan bayraqdar Mercedes-Benz GLS krossoverinin inşasında istifadə olunur.

Yeni GLE modeli sələfinə nisbətən 80 millimetr daha geniş olan təkər bazasına malik olacaqdır. Yeni krossover eyni zamanda cari modeldən 20 millimetr geniş və 1 millimetr hündür olacaqdır. Standart olaraq GLE modelinin dördüncü nəsli adi yaylı asqı ilə təklif ediləcəkdir. Lakin, əlavə ödənişlə Off-Road Plus rejiminə malik olan pnevmoasqını da sifariş etmək mümkün olacaqdır. Bu rejimdə avtomobilin klirensini 50 millimetr artırmaq olar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR