Dərc edildi: Baxış sayı: 681
“Mercedes-Benz” elektromobillər üçün akkumlyator istehsal edəcək
“Daimler”ə məxsus “Mercedes-Benz Cars” şirkəti Polşanın Yavor şəhərindəki zavodda elektromobillər üçün akkumlyator batareyası istehsalına başlayacaq.
“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moraveçkiy açıqlama verib.
“Daimler” artıq bu şəhərdə zavodun inşasına başlayıb və burada avtomobil mühərrikləri istehsal ediləcək.
2030-cu ilə qədər şirkət 20 mlrd. avro dəyərində akkumlyator batareyası almağı planlaşdırıb ki, bu da “Daimler”in hibrid avtomobil və elektromobil istehsalına başlayacağı ilə bağlıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət