Slimfit
  1. CƏMİYYƏT

“Mərcan” toyuqlarını saxta adla satdı, 40 mindən çox pulu xərclədi

“Mərcan” toyuqlarını saxta adla satdı, 40 mindən çox pulu xərclədi
Sakura

“Mərcan” toyuqlarını saxta adla satdı, 40 mindən çox pulu xərclədi

"Azerbaijan Poultry Company" (APC) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsi şirkətin pullarını mənimsədiyinə görə məhkəməyə çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, APC-nin satış nümayəndəsi vəzifəsində işləmiş Nurlan adlı şəxsə Nizami Rayon Prokurorluğunda cinayət işi açılıb. Aparılan araşdırma zamanı məlum olub ki, Nurlan APC-nin "Mərcan" markası altında toyuq ətinin satışını həyata keçirib. 

1989-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş Nurlan 2022-ci ilin mart-aprel aylarında pula ehtiyacı olduğu üçün Səxavət adlı sürücü dostunun imzası ilə terminal üzərində "Vüsal” adlı saxta satış məntəqəsi yaradıb. O bu iş üçün dostuna hər reysə görə 50 manat pul verirmiş. Ona görə də şirkətin malların təhvil-qəbul aktlarına mal çatdıranla Səxavət özü imza atıb.

Səxavət malları "Binə Elite" adlı ticarət nöqtəsinin yaxınlığında özünə məxsus "Ford" markalı yük maşını ilə qəbul edir, oradan Bakıxanov qəsəbəsi, "Sərhan" marketin yanındakı toyuq dükanına təhvil verirmiş. Nurlan sözügedən "məntəqəyə” 59.900 manat dəyərində məhsulun sifarişini verib, malın satışından aldığı puldan 19.700 manat məbləğində pulu şirkətə ödəyib, qalan 40.200 manat məbləği isə öz ehtiyaclarına xərcləyib. 

Nurlan izahatında bildirib ki, törətdiyi cinayət əməlindən tanışı Səxavətin, həmçinin satış təmsilçisi Elvin və Eşqin adı ilə tanıdığı şəxslərin xəbəri olmayıb. 

MMC-nin direktoru Pərviz Hacıyev məhkəməyə ərizə ilə müraciət edərək, Nurlan tərəfindən şirkətə dəymiş zərərin tam şəkildə ödənildiyi, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığı bildirilib.

Məhkəmənin qərarı ilə Nurlan 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR