Slimfit
  1. MARAQLI

Mərcan daşından ağrıkəsici vasitə kimi istifadə olunur

Mərcan daşından ağrıkəsici vasitə kimi istifadə olunur
Sakura

Mərcan daşından ağrıkəsici vasitə kimi istifadə olunur

Mərcan daşlarını çox vaxt mirvarinin qardaşı adlandırırlar. Romada mərcanın uşaqları bədnəzərdən qoruduğuna dair inam var idi, buna görə də, ondan uşaqlar üçün muncuq və boyunbağı hazırlayırdılar. Romalılar həm də üyüdülmüş mərcandan ilan və əqrəb zəhərinə qarşı məlhəm kimi istifadə edirdilər. Hindistanda isə mərcanın mistik gücünə daha çox inanırdılar.

Mərcan həm də, insan səhhətinə müsbət təsir edən daşlardan sayılır. O, maddələr mübadiləsini fəallaşdırır, şişkinliyi, xoranı müalicə edir, ürək-damar sisteminə, xüsusilə də qan dövranına yaxşı təsir göstərir.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: “Mərcan daşı immun sistemini gücləndirir, əsəblərə çox yaxşı təsir edir, qan sistemi xəstəliklərinin müalicəsində mərcanın xüsusi yeri var. Açıq rəngli mərcan daşları ən çox ikinci və dördüncü qan qrupundan olanlara müsbət təsir edir”.

Mərcandan ağrıkəsici vasitə kimi də istifadə olunur. Baş ağrısı, yuxusuzluq və sinir pozuntuları zamanı kömək edir. Qalxanvari vəz və astma xəstəliyi üçün faydalıdır. Boğaza taxılan mərcanın boğaz ağrısına, əsəb sisteminə müsbət təsir etdiyinə inanırlar.

İnanclara görə, səyahətə gedənlərin ondan hazırlanan bəzək əşyasını özləri ilə götürməsi onları fəlakətdən qoruyur. Körpənin yatağı üzərinə mərcandan hazırlanmış gözmuncuğu qoymaq da adətdir.

İnanclara görə, mərcan bədnəzərdən qoruyur, rahat və möhkəm yuxunu təmin edir. Üz və boyun dərisinə yaxşı təsir göstərdiyindən xanımlara muncuqlu boyunbağılar hədiyyə etmək məsləhətdir. Balıq və oğlaq bürclərinin uğurlu daşı hesab olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR