Slimfit
  1. AZƏRBAYCAN

Mənzillərin qeydiyyatı üçün səyyar qəbul bu ünvanlarda keçiriləcək

Mənzillərin qeydiyyatı üçün səyyar qəbul bu ünvanlarda keçiriləcək
Sakura

Çıxarışın hazırlanması 15 iş günü ərzində təmin edilir

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanları açıqlayıb.

Dövlət Xidmətindən AYNA-ya verilən xəbərə görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu noyabrın 4-ü Xətai rayonu, M.Hadi küçəsi, 2944A (Yeni ünvan sisteminə görə Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 92), noyabrın 6-da isə Xətai rayonu, G.Şıxlınski küçəsi 2942b (Yeni ünvan sisteminə görə Xətai rayonu, G.Şıxlinski küçəsi, 92) ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa edilən səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR