Slimfit
  1. AZƏRBAYCAN

“Mənim ana südü hekayəm” sosial layihəsi təqdim olundu

“Mənim ana südü hekayəm” sosial layihəsi təqdim olundu
Sakura

“Mənim ana südü hekayəm” sosial layihəsi təqdim olundu

Dünyanın 150-dən çox ölkəsində, həmçinin Azərbaycanda da hər il avqust ayının ilk həftəsi Dünya Ana südü ilə qidalandırma həftəsi kimi qeyd olunur.

Bununla əlaqədar “Active Moms Club” və “Unicef Azerbaijan” birgə ana südünə dəstək məqsədilə sosial layihə keçirdilər. Layihədə beş azərbaycanlı ana iştirak edir və öz əmizdirmə təcrübələrini bölüşürlər.

Layihənin əsas məqsədi ana südü ilə qidalanmanın təkcə körpələr üçün yox, həm də analar üçün faydalarını ictimaiyyətin diqqətinə çatdırmaqdır. Təbiətdə körpə üçün ana südündən daha yaxşı qida mövcud deyildir, eyni zamanda, ana südü ilə qidalanma zamanı ana ilə körpə arasındakı əlaqə körpənin ruhi inkişafı üçün çox vacibdir.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR