Dərc edildi: Baxış sayı: 653
“Mən hələ acam, qətiyyətli və inamlıyam” – Zlatan İbrahimoviç
İsveçli hücumçu Zlatan İbrahimoviç “Milan”a qayıdışından sonrakı emosiyalarını bölüşüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, İbrahimoviç məqsədinin “Milan”a kömək etməkdir.
“Mən hələ də elə acam, qətiyyətli və inamlıyam. Mənim məqsədim – “Milan”a vəziyyətini yaxşılaşdırmaq üçün kömək etməkdir. Mənim klub haqqında yalnız yaxşı xatirələrim qalıb. Bu əla komandadır, “San-Siro”da oynamaq isə əla hissdir”, - hücumçu vurğulayıb.
Xatırladaq ki, “rassoner”lər dekabrın 27-də futbolçunun komandaya qayıtdığını elan ediblər.
İbrahimoviç 2010-2012-ci illərdə “Milan”da oynayıb. O, komanda ilə 2011-ci ildə həm İtaliya çempionu olub, həm də ölkənin Superkubokunu qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət