Slimfit
  1. ƏDƏBİYYAT

Mən Dərvişəm - Elşən İsmayıl

Mən Dərvişəm - Elşən İsmayıl
Sakura

Mən Dərvişəm - Elşən İsmayıl

MƏN DƏRVİŞƏM

 

Sağa, sola döndüm belə,

Qutlu Yolla gəldim elə,

Dərk eyləyib Qutlu Ruhu,

“Hü!” kəlməsin saldım dilə...

 

Bu yoldayam beş min ildir,

Danışdığım Qutlu Dildir,

Hamim oldu Xızır Sultan,

Ondan mənə xəbər gəldi...

 

Ulu Babam Oğuz Xandır,

Daşıdığım Qutlu Qandır,

Ruhum, duam Göy Tanrıdır,

Ulu Şaman mənə candır...

 

Bil, Müqəddəs Qırxlar oldum,

Yedddilərlə eşqə daldım,

Sevdim On İki Müqəddəsi,

Səkkiz zolağ içrə qaldım...

 

“Hü!”-yəm, “Ha!”-yam, “Hey!” də mənəm,

Taram, sazam, ney də mənəm,

Mən Dərvişəm, ruh doluyam,

Həlal olan “mey” də mənəm...

 

 Tanrı həqiqəti mənəm,

Yaranışam, Dörd Ünsürəm,

Quzey, Güney, Doğu, Batı,

Dünyanın hər cəhətiyəm…

 

Mən Dərvişəm, Şah da mənəm,

Pir Sultana yandı sinəm,

Xəllaci Mənsur ruhluyam,

Nəimiyəm, Nəsimiyəm…

 

Mənəm Haqqın savaşçısı,

Həqiqətin hekayəsi,

Mənəm Zülfüqar Qılıncı,

Nizam, ədalət carçısı…

 

Mən Şahın Arslanıyam,

Mürişid-kamil dövranıyam,

İsmayılın öz qanıyam,

Ulu Türkün davamıyam...

 

Mən “Ənəlhəqq!” deyəndənəm,

Sufi, Hürufi, Maniçiyəm.

Mən Məzdəkəm, Xürrəmiyəm,

Mən Azərəm, Od içrəyəm...

 

Mən bir azad göyərçinəm,

Bir Tanrıya coşdu sinəm,

Eşq əhliyəm, sərvətsizəm,

Gözüm toxdu, mal bilmənəm...

 

Mavi qaşlı üzük məndə,

Qələndərəm, üzüm yandı,

Mavi gözlü Qurd canımda,

Mən Dərvişəm Göy yolunda...

Mən Dərvişəm Göy yolunda...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR