Slimfit
  1. DÜNYA

“Mən belə göstəriş verməmişəm” - Netanyahu

“Mən belə göstəriş verməmişəm” - Netanyahu
Sakura

“Mən belə göstəriş verməmişəm” - Netanyahu

“İsrail əsgərləri Qəzza şəhərinin kənarını keçərək irəliləməyə davam edir”.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O, İsrail qüvvələrinin Qəzza zolağının şimal hissəsində HƏMAS yaraqlılarına qarşı hücumlarda Qəzza şəhərinin kənarından daha da irəlilədiyini qeyd edib:

"Biz döyüşün zirvəsindəyik. Uğurlar qazandıq və Qəzza şəhərinin kənarlarını keçdik. Biz irəliləyirik".

Netanyahu brifinqində bildirib ki, hökumət qida, yanacaq və su kimi məcburi humanitar yardımla kömək etsə də, Qəzzaya yanacaq transferi ilə bağlı heç bir qərar qəbul etməyib:

"Biz yanacağın transferi ilə bağlı heç bir qərar verməmişik. Mən belə göstəriş verməmişəm və hərbi kabinet buna icazə verməyib".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR