Slimfit
  1. İQTİSADİYYAT

“Məmurların qərarvermə hüququ minimuma endirilməlidir”

“Məmurların qərarvermə hüququ minimuma endirilməlidir”
Sakura

“Məmurların qərarvermə hüququ minimuma endirilməlidir”

Xəbər verdiyimiz kimi, vətəndaşları narahat edən və dəfələrlə ictimaiyyət tərəfindən müzakirə olunan daha bir məsələ ilə bağlı yeni qərar qəbul olunub. Belə ki, Nazirlər Kabineti Bakı şəhər rayonlarının İcra hakimiyyətlərinin mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binaları, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılıq, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi sahəsində səlahiyyətlərini ləğv edib.

Qafqazinfo” xəbər verir ki, əksər hallarda torpaqların qanunsuz istifadəsində, ümumiyyətlə, bu sahədə pozuntuların əsas səbəblərindən biri yerli İcra hakimiyyətləri və bələdiyyələrin torpaqların ayrılması ilə bağlı qanunsuz qərarları olduğu göstərilirdi.

Bundan başqa, İcra hakimiyyətlərinin müfəssəl plana əsaslanmaması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də dəfələrlə xəbərdarlıq edib. Bildirilib ki, şəhərsalma sahəsində şəhərsalma sənədlərinə riayət edilməməsi, “özbaşına” tikililər və belə tikililərin sonradan rəsmiləşdirilməsi, torpaqların təyinatına görə və ya onlardan səmərəli istifadə edilməməsi və s. bu kimi problemlərin həllində yerli İcra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin rolu mühümdür.

Elə Əli Əsədovun da Baş Nazir kimi ilk qərarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının yeni tərkibi təsdiq edilməsi ilə bağlı olması bu sahəyə ciddi nəzarət olunacağını göstərirdi. Odur ki, növbəti qərara əsasən, səlahiyyətlər İcra hakimiyyətlərindən alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib.

Bəs bu yenilik şəhərsalma sahəsində nə kimi müsbət rol oynayacaq?

İqtisadi ekspert Natiq Cəfərli yeni qərarı şərh edən zaman bildirib ki, uzun zamandır, Bakıda xaotik tikililərin mövcudluğu paytaxtın həddindən artıq eybəcər siluetə sahib olmasına gətirib çıxarıb. Bu baxımdan da ekspert qərarların mərkəzləşdirilmiş qaydada verilməsini müsbət addım kimi dəyərləndirir:

“Rayon İcra Hakimiyyətlərinin verdiyi qərarlar bu xaotik tikililərin artması baxımından mühüm rol oynayıb. İndi də İcra Hakimiyyətlərindən bu səlahiyyətlərin alınması qərarların mərkəzləşdirilmiş qaydada verilməsinə səbəb olacaq. Ancaq növbəti addım kimi elektronlaşdırılma, insan təması, məmurla əlaqə, korrupsiya faktları olmadan həyata keçirilməsi nəzərdə tutulmalıdır. Mərkəzləşdirilmə xaotik tikililərin qarşısını almağa kömək edə bilər, ancaq həm də proses düzgün işləməsə, korrupsiya hallarının artmasına da səbəb olacaq. Yəni, icazələrin bahalaşmasına gətirib çıxara bilər. 

İlkin olaraq pozitiv addım kimi qiymətləndirirəm. Mərkəzləşdirilmiş qaydaya keçirilməsi doğru qərardır. Ancaq yenə də qeyd edirəm ki, növbəti addım kimi də mütləq elektronlaşdırma olmalıdır. Fiziki və hüquqi şəxslər elektron qaydada icazələr ala bilməlidir. Əgər bu dediyim yol gedilərsə, həqiqətən də normalara uyğun bir şəhərsalma görə biləcəyik”.

N. Cəfərlinin sözlərinə görə, məntiqi baxımdan görülən işlər mərkəzləşdirilmiş qaydada aparıldığı təqdirdə, bir çox rayonlarda plana düşmüş ərazilərdən sakinlərin köçürülməsi və ya həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi prosesi sürətləndiriləcək: 

“Vətəndaşlarla daha normal ünsiyyət yaranacaq. İndiyə kimi insanların mənzil, mülkiyyət hüquqlarının pozulma halları dəfələrlə müşahidə olunub ki, yüzlərlə iş Avropa Məhkəməsinə kimi gedib. Azərbaycanı ciddi cərimələr gözləyir. Artıq bununla bağlı bir neçə qərar da çıxıb. Bu qərarların olmaması, mülkiyyət hüququnun pozulmaması üçün mərkəzləşdirilmiş sistem yaradılmalı, məmurların qərarvermə hüququ minimuma endirilməlidir”.

Günel Hacı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR