Məmur oğlu içib atəş açdı, Qarabağı yada saldı
Ötən gün Rusiyanın Krasnodar vilayətində, Belaya Qlina kəndindəki kafelərdən birinin qarşısında “Kalaşnikov” avtomatından havaya atəş açan iki nəfərin görüntüsü yayılıb. Onlardan birinin Beloqlinsk rayonunun bələdiyyə başçısı Aleksandr Koklinin eyniadlı oğlu olduğu məlum olub. O, “Kalaşnikov”dan atəş açarkən “Qarabağda belə atırlar” deyib. Videoçəkiliş aparan şəxs isə kadr arxasından “bəlkə sizə qumbaraatan verək?” deyib.
Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, video sosial şəbəkələrdə yayılandan sonra atəş açanlar, o cümlədən, bələdiyyə başçısının oğlu polisə gedərək, könüllü olaraq silahı təhvil verib.
Onların barəsində araşdırma aparılır.
Ata Aleksandr Koklin insidenti şərh edərək deyib ki, oğlunun hərəkətinə çox mənfi yanaşır. Lakin insident yaşayış məntəqəsindən kənarda olub, heç kimdən şikayət daxil olmayıb:
"Əgər o kimisə narahat edibsə, üzr istəyirəm. Bu avtomat odlu silah deyil, onu Krasnodarın bir çox mağazalarından almaq olar, boş patronlarla atır. Sadəcə olaraq, belə alınıb, mən ata kimi onu tənbeh eləmişəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət