Dərc edildi: Baxış sayı: 348
Məmmədyarov Parisə gedir: Mnatsakanyanla görüş
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransa paytaxtı Parisdə keçiriləcək.
XİN-dən Axar.az-a verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət