Məmmədyarov hindistanlı həmkarı ilə görüşdü
BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici işlər naziri Elmar Məmmədyarov Hindistan Respublikasının Xarici işlər naziri Dr. Subrahmanyam Caişankar ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Axar.az-a verilən xəbərə görə, nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən iqtisadi, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Elmar Məmmədyarov Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında hindistanlı həmkarına məlumat verərək, bu layihələrin regional əməkdaşlığa, Şərq-Qərb dəhlizinin inkişafına töhfə verdiyini və yükdaşımaların vaxt və maliyyə baxımından daha effektiv həyata keçirilməsi üçün əlverişli şərait yaratdığını bildirib.
Tərəflər həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Hindistan nümayəndə heyətinin tədbirdə iştirakı məsələləri üzrə fikir mübadiləsi aparıblar. .
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət