Slimfit
  1. AZƏRBAYCAN

Məmmədyarov: Aİ ilə danışıqlarımızı yekunlaşdırırıq

Məmmədyarov: Aİ ilə danışıqlarımızı yekunlaşdırırıq
Sakura

Məmmədyarov: Aİ ilə danışıqlarımızı yekunlaşdırırıq

Avropa İttifaqı ilə Azərbaycan arasındakı yeni sazişlə bağlı danışıqlar yekunlaşmağa çox yaxındır. 

Bu fikirləri Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışı zamanı deyib.

“Bu yaxınlarda biz danışıqları onun bütün üç hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var. Son vaxtlar biz bir sıra dəyirmi masalar və video-konfranslar keçirmişik və eyni zamanda, qarşıdan gələn günlərdə bunu davam etdirməyə çalışırıq.

Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm. Lakin əlbəttə ki, Azərbaycan üçün ən vacibi mahiyyət məsələsidir”, - o bildirib.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR