Slimfit
  1. BİOQRAFİYA

Məmmədvəli Kəminə

Məmmədvəli Kəminə
Sakura

Məmmədvəli Kəminə - XIX əsr türkmən klassik ədəbiyyatının ən böyük nümayəndələrindən biri

Məmmədvəli Kəminə 1770 - 1840-cı illər arasında yaşamışdır. Təkə türkmənlərinin Toxtamış boyunun Toxlular qoluna mənsub olan Kəminə maddi imkansızlıq səbəbiylə istədiyi təhsili ala bilməmiş, buna baxmayaraq yaşadığı bölgənin mədəniyyət mərkəzlərini-diyar diyar gəzmiş, görərək və söhbətlərdə iştirak edərək öz özünü yetişdirməyə çalışmış və bunu bacarmışdır. Kəminənin akademik səviyyədə şərq ədəbiyyatına bələd olmamasına baxmayaraq bu sahənin ədəbiyyatı haqqında əhəmiyyətli məlumatlara malik idi. Onun ərəb və fars dillərində təhsil verən ədəbi məktəblərdən xəbərsiz olduğunu söyləmək mümkün deyil. Kəminə'nin türk ədəbiyyatının əhəmiyyət kəsb edən şəxsiyyətlərindən başqa fars dilində əsərlər qələmə alan Firdovsidən, Nizamidən, Dəhləviden, Sadiden, Rumidən, Hafızdən, Məscididən, Müşfiqidən təsirləndiyini söyləmək olar. Türkmən şairi Kəminə həmçinin Yunus İmrə, Bürhanəddin Sivaslı, Lütfü, Nəvai, Füzuli, Nesimi, Qaracaoğlan kimi böyük şəxsiyyətlərin əsərlərini bilmiş və onun sənət anlayışının meydana gəlməsində bu şairlərin yaradıcılığının böyük təsiri olmuşdur.

Kəminə, Türkmən klassik ədəbiyyatının ən böyük xəlifəsi olan Maxdımqulunun şagirdidir. Kəminə Maxdımqulunu söz sənətinin, ədəbiyyatın şeyxi kimi dəyərləndirmişdir. Bir məclisdə ondan "Necə yazmaq lazımdır?" Deyə soruşulduğunda belə cavab vermişdir: "Ustadımız Maxdımqulu şairlik meydanının dənələrini orağıyla yığdı. Bizə yalnız hoşası qaldı" demişdir. Kəminə, şairlik məziyəti ilə yanaşı lətifələriylə də tanınan bir şəxsiyyətdir. İti zəkası, hazırcavablılığı 0onu digər Türkmən şairlərindən fərqləndirir.Türkmen şairi Kəminənin əsərləri öz həyatı və yaşadığı dövrün ictimai görünüşü ilə yaxından əlaqədardır. Kəminənin əsərlərini şeirləri və bəndləri olmaqla üzrə iki qrupda araşdırmaq mümkündür. Kemine'nin altmışa yaxın şeiri, iki yüz əlli ətrafında da bəndlikləri mövcuddur. Ancaq yetmiş illik bir həyat yaşamış ağıllı və yaradıcı bir şairin yalnız altmışa yaxın şeir yazdığını qəbul etmək çox da inandırıcı deyil. Kəminənin ədəbi yaradıcılığını bir digər istiqamətini meydana gətirən bndliklərin hamısının ona aid olduğunu söyləmək də düzgün olmaz. Onun bəzi belə sözləri xalq tərəfindən Kəminəyə aid edilmişdir.

Toplumun axsayan istiqamətlərini satirik bir yanaşma ilə ələ alan, xüsusilə yaşadığı dövrdəki siyasi quruluşu, ədalət sistemini və din adamlarını tənqid etməyi böyük bir ustalıqla bacaran Kəminə hünərini həm şeirlərində, həm də hikmətli sözlərində göstərərək hörmət edilən bir ictimai xadimə çevrilmişdir. Başqalarına aid bəndlərin də Kəminə adına bağlandığı və onun adıyla xatırlandığı da məlumdur. Onun adına çıxarılanlar arasında Molla Nəsrəddinin adına qeydli olanlar da var.

Şeirləri:

  • Oğulbikə
  • Ağmənli
  • Oğulbəy
  • Oğulmənli
  • Səlbinyaz

 

Qoşmaları

 

Gəraylıları

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR