Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Məmmədova Larisa Fərman qızı‎

Məmmədova Larisa Fərman qızı‎
Sakura

Məmmədova Larisa Fərman qızı‎ - "20 Yanvar Şəhidi"

Larisa Məmmədova (azərb. Larisa Fərman qızı Məmmədova‎) — 20 yanvar şəhidi. Larisa Məmmədova 20 yanvar faciəsinin az yaşlı şəhidlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixli fərmanı ilə Larisa Məmmədova və digər 146 şəhidə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir

Larisa Məmmədova 1977-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşdur. Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı. 1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi L. Şmidt adına zavoda getmişdir. L. Şmidt adına zavodun yanında İkarus avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almış, yerindəcə həlak olmuşdur. Atası Fərman Məmmədov ağır yaralanmışdır.

Larisa Məmmədovanın adına Bakı şəhərində küçə yerləşir. Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə Larisa ilə bağlı anım tədbirləri təşkil edilməkdədir. Larisanın xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir. 134 saylı məktəbdə onun adını daşıyan şagird təşkilatı fəaliyyət göstərir. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə Larisa ilə bağlı On üç yaşlı körpə bala şeirini yazmışdır:

On üç yaşlı körpə bala,

Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR