Slimfit
  1. ƏDƏBİYYAT

Məlikballı Qurban - Gəlib

Məlikballı Qurban - Gəlib
Sakura

Məlikballı Qurban - Gəlib

Ey könül, qəm çəkmə kim, dildar tək canan gəlib, 
Dur ayağa, et təvazö huriyi-qılman gəlib,
Saçı sünbül, xalı filfil, telləri reyhan gəlib, 
Bülbüli-divanədur, gül açılıb gülşad gəlib.
Ağlama ey gözlərim, sirri-dili pünhan gəlib.

Gül yanaq, ləldən ağ, şəmi çiraq, şimşad ayağ,
Tər buxağ, əlvan olağ, çağ damağ, gözləri zağ, 
Sinəsi ağ, əsdiri sağ, bir bu sayağ bağrma dağ,
Yox fərağ, durmaz qırağ, açmış qucağ, əymiş budağ, 
Sərvi bağ, eylər nəsağ, bir mürşidi-xuban gəlib.

Xoş məqal, müşgü hilal, abi zülal, düşmüş bihal, 
Rəngi al, sahibcəmal, əhli-kamal, ağ üzdə xal,
Xub xəyal, qədd etidal, ləbində bal, bir xırda xal, 
Yox məlal, rasti-nihal, etdi fəal, həm infəal,
İsmi hal, verir zəval, ol qəddi-dal kaman gəlib.

Bir ziya, sahib dila, eylər nida, bülbül səda,
Yox cəfa, zülmü əda, pəh-pəh ziya, sərtabe-pa, 
Tutiya, hüsnü liqa, həm bir sona, məhbub fəda, 
Xəstəma, ərzü səma, maürği həm maəda, eylər qəza, 
Xoş nəva, dərdə dəva, bir hakimi-loğman gəlib.

Bir cavan, tuti zəban, qamət kəman, qönçə dəhan, 
Mumyan, qəmzəsi qan, qürbi-cahan, bir novcavan, 
Can alan, qanlar salan, gülü reyhan, bir taza can, 
Nüktədən, könül sıxan, eylər bəyan, sərvi rəvan,
Ey Qurban, etmə fəğan, axtardığın insan gəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR