Slimfit
  1. ƏDƏBİYYAT

Məlikballı Qurban - Ərərdir

Məlikballı Qurban - Ərərdir
Sakura

Məlikballı Qurban - Ərərdir

Bir gözəl sevmişəm günəş camallı,
Gərdəni minadrr, qəddi ərərdir. 
Gözləri cəlladdır, kirpik xunfəşan, 
Cümlə gözəllərə o bir sərvərdir.

Qolları şimşaddır, əlindən nazik, 
Xəndanı şəkərdir, telindən nazik, 
Zülfü yasəməndir, telindən nazik, 
Xətti bir bənövşə müşkü ənbərdir.

Vaizin kəlamı göstərir camı, 
Mütrübün məqamı ləzizdir hamı, 
Titrəyir tamamən mərmər əndamı, 
Məlikballı Qurban, bu nə gövhərdir?..

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR