Slimfit
  1. ƏDƏBİYYAT

Məlikballı Qurban - Ərbəəyi-ənasir şeş cihatdan

Məlikballı Qurban - Ərbəəyi-ənasir şeş cihatdan
Sakura

Məlikballı Qurban - Ərbəəyi-ənasir şeş cihatdan

Ərbəəyi-ənasir şeş cihatdan,
Xalq elədi məni qadiri-qəffar.
Bir qətrə atadan yendin anayə,
Misalimdə qırx gün elədim qərar.

İki qırx olanda himrayə döndüm,
Üç qırxda bir mələk gördüm, səksəndim,
Dört qırxda düzəldim, beşdə tərpəndim,
Altı qırxda oldum xeyli giranbar.

Yeddi qırx olanda gəldim cahana,
Şad oldu bu işdən həm ata, ana.
Cismim xak, xunda düşdüm fəqana,
Qundaqdan bəşigə elədim səvar.

Ana pustanından nuş elədim zad,
Yığılıb gəldilər qohum, qardaş, yad.
Cəddim silsisləsi qoydular bir ad,
Dedilər fənada qalsın yadigar.

Bir yaşımda öz anamdan şir aldım,
İki yaşda əklü-sübrə yönəldim,
Üç yaşda danışdım, oynadım, güldüm,
Qəddü-qamət dörtdə elədim izhar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR