Məleykə Abbaszadə valideyn və abituriyentlərə müraciət etdi
Valideynlər və abituriyentlərə əsas çağırışım odur ki, hər bir kəs ixtisas seçimi mərhələsində öz ixtisaslarını özü seçsin.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, qəbul kampaniyası çox vacib mərhələyə - ixtisas seçiminə çatıb: “İxtisas seçimi ilə bağlı artıq iki jurnal çap edilib. Valideynlərə və abituriyentlərə əsas çağırışım odur ki, hər bir kəs öz ixtisaslarını özü seçsin. Çox zaman bu prosesə başqa şəxsləri cəlb edirlər. Sosial şəbəkələrdə müəyyən qruplar formalaşdırılaraq kimlərəsə ixtisas seçimi ilə bağlı yardım təklif edirlər. Bu, çox yanlış üsuldur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət