Slimfit
  1. CƏMİYYƏT

Məleykə Abbaszadə: Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir

Məleykə Abbaszadə: Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir
Sakura

Məleykə Abbaszadə: Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir

İmtahan verən abituriyentlər topladıqları ballardan narazı olduqları zaman ailə problemlərini səbəb gətirərək xüsusi güzəştlər istəyirlər.

Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi quruma müraciətlərin sayı da artıb.

M.Abbaszadə ailənin sosial vəziyyətinin, ailə üzvlərinin səhhətindəki problemlərin nəticələrə təsir etmədiyini bildirib:

“İmtahan nəticələri elan ediləndə hər bir şəxsin biliyi qiymətləndirilir. Biz sosial vəziyyəti qiymətləndirmirik. Qaydalar hamı üçün eynidir. Sənədləri vaxtında hazırlayıb, prosedura vaxtında qoşulanların heç zaman problemi olmur”.

Sədr abituriyentlərə imtahanlar və ixtisas seçimləri ilə bağlı kömək məqsədilə Bakıda və regionlarda yaradılan məlumat mərkəzlərinə müraciət etməyi tövsiyə edib:

“Hazırda ölkə üzrə cəmi səkkiz regional bölməmiz var. Bu ildən etibarən regional bölmələrə aid olan rayonlara müəyyən gün təyin edilərək, vətəndaşların qəbulu həyata keçiriləcək”. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR