Slimfit
  1. AZƏRBAYCAN

Mələk Çakmak: 'Azərbaycan donor ölkə olaraq digər ölkələrə yardım edə bilər'

Mələk Çakmak: 'Azərbaycan donor ölkə olaraq digər ölkələrə yardım edə bilər'
Sakura

Mələk Çakmak: 'Azərbaycan donor ölkə olaraq digər ölkələrə yardım edə bilər'

 
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla əməkdaşlıq üzrə 2021-2025-ci illəri əhatə edən yeni proqramda Azərbaycanın donor ölkə kimi ehtiyacı olan ölkələrə yardım etməsi məsələsinin yer alması nəzərdə tutulur”.

Bunu “Report”a FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak məlumat verib.

Onun sözlərinə görə, proqramda ehtiyacı olan ölkələrin qida təhükəsizliyinin təmin edilməsində bilik və bacarıqlarının Azərbaycanın dəstəyi ilə buna ehtiyacı olan ölkələrlə bölüşülməsi məsələsi yer alması nəzərdə tutulur.

Qeyd edək ki, FAO-nun Azərbaycanla əməkdaşlıq üzrə yeni proqramı Azərbaycanda məhsuldarlığın artırılması, kiçik və orta biznes subyektlərinin bazara çıxışının təmin edilməsi, keyfiyyətli qidaya əlçatanlıq, kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması və digər məsələləri əhatə edəcək.

Xatırladaq ki, Azərbaycan ilə FAO arasında əməkdaşlıq son 20 il ərzində inkişaf edib və Bakıda Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin yaradılması ilə nəticələnib. 2015-ci ilin mayında FAO-nun Baş direktorunun ölkəyə səfəri zamanı FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) əsasının qoyulması barədə razılıq sazişi imzalanıb və 2016-2020-ci illər üçün 10 milion ABŞ dolları dəyərində əməkdaşlıq çərçivəsi müəyyən edilib. Azərbaycan Hökumətinin sazişi ratifikasiyasından sonra 2016-cı ilin dekabrında FATP üçün Əməliyyat Çərçivəsi təsdiq olunub. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq, ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində sosial rifah səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına, ətraf mühitin qorunmasına, təbii resurslardan səmərəli istifadəyə töhfə verməkdir.

Xatırladaq ki, bu il Azərbaycan beynəlxalq təşkilatların donoru qismində iştirakı üçün 7 milyon dollar ayıracaq. Bununla bağlı 2020-ci ilin dövlət büdcəsində Avropa Yenidənqurma və İnkişaf Bankının donor programında iştirak etmək üçün 2 milyon dollar, Asiya İnkişaf Fondunda - 2 milyon dollar, Beynəlxalq İnkişaf Assosiasiyasının müvafiq programında iştirak üçün isə 3 milyon dollar ayrılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR