Slimfit
  1. AZƏRBAYCAN

Məlahət İbrahimqızı: 2019-cu il Azərbaycanın daxili və xarici siyasətində əldə edilən mühüm uğurlarla yadda qalacaq

Məlahət İbrahimqızı: 2019-cu il Azərbaycanın daxili və xarici siyasətində əldə edilən mühüm uğurlarla yadda qalacaq
Sakura

Məlahət İbrahimqızı: 2019-cu il Azərbaycanın daxili və xarici siyasətində əldə edilən mühüm uğurlarla…

 Bir neçə gündən sonra 2019-cu ili yola salıb 2020-ci ilə qədəm qoyacağıq. İli başa vurmaq, həm də il ərsində görülən işlərə hesabat vermək xarakteri daşıyır. Yola salmağa hazırlaşdığımız 2019-cu ilə nəzər salanda bu ilin ölkəmizin tarixində, xalqımızın taleyində mühüm və əlamətdar hadisələrlə zəngin olduğunu aydın görürük. Tam qətiyyətlə demək mümkündür ki, il ərzində Azərbaycanın daxili və xarici siyasətində bir sıra uğurlara imza atılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib.

2019-cu ildə müstəqil Azərbaycanın həm daxili, həm də xarici siyasətində əldə edilən uğurlardan danışan deputat deyib ki, Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində bu ili mühüm islahatlar ili adlandırmaq olar. Xarici siyasətdən danışarkən qeyd etməliyik ki, bu sahədə böyük uğurlar əldə edilib. Ölkəmizin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda beynəlxalq əlaqələri möhkəmlənib.

Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi onun beynəlxalq aləmdə gündən-günə getdikcə artan nüfuzunun göstəricisidir. Bu il ölkəmiz bir-birinin ardınca iki mötəbər tədbirə ev sahibliyi edib. Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü və Dünya dini liderlərinin II Sammiti keçirilib. Bu cür mötəbər tədbirlərə ev sahibliyinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanın xarici siyasətinin uğurudur. Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin maraqlarını daim müdafiə edərək yüksək siyasi tribunalardan xalqımızın haqq sözünü dünyaya çatdırır. Bu da ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsi üçün çox mühümdür. Dövlət başçısının il ərzində Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki və Dünya dini liderlərinin II Sammitindəki çıxışları bunu bir daha təsdiqləyir. Beynəlxalq təşkilatların təşəbbüsü ilə ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən tədbirlər də Azərbaycanın imicinin formalaşmasında önəmli rol oynayır.

Prezidentin Soçidə və Aşqabaddakı çıxışları hər bir Azərbaycan vətəndaşının yaddaşında dərin iz buraxdı. Dövlət başçısının Aşqabaddakı tarixi çıxışı xalqımız tərəfindən çox yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin yüksək siyasi tribunalardan Azərbaycan xalqının maraqlarını ifadə edən qətiyyətli çıxışları xalqımız tərəfindən rəğbətlə qarşılanır. Çünki xalq öz Prezidentinə inanır və etibar edir. Prezident də xalqına güvənir və gücü ondan alır. Biz bu gün lider-xalq vəhdətinin canlı şahidiyik.

M.İbrahimqızı bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzu artdıqca onun dünya ölkələri arasında mövqeyi də möhkəmlənir. Bu da qarşılıqlı əlaqələrin inkişafına, dostluq və tərəfdaşlığın güclənməsinə zəmin yaradır. Ümumiyyətlə, 2019-cu ili xarici siyasətimizdə ən uğurlu illərdən biri kimi dəyərləndirmək olar. Azərbaycan bu gün dünyada sivilizasiyalararası inkişafa, mədəniyyətlərarası dialoqa töhfə verən ölkədir. Tolerantlığın inkişaf etdiyi Azərbaycanda multikultural dəyərlərə yüksək dəyər verilir. Milli dəyərlər kontekstindən baxsaq görərik ki, Azərbaycanda mövcud olan multikultural dəyərlər beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Prezident İlham Əliyev qətiyyətli iradəsi, yüksək təfəkkürü və uzaqgörən siyasəti ilə dünya liderləri sırasındadır. Dövlət başçısı yüksək səviyyədə idarəçilik qabiliyyətinə və təcrübəsinə malikdir. Beynəlxalq aləmdə Azərbaycan rəhbərini müdrik siyasətçi kimi tanıyır və qəbul edirlər.

“Daxili siyasətə gəlincə, qeyd etməliyəm ki, bu il Azərbaycan dövlətçiliyinin tarixinə islahatlar ili kimi daxil olacaq. Yola saldığımız il ərzində dövlət başçısı tərəfindən köklü dəyişikliklər həyata keçirilib. Dərinliyinə, sürətinə və əhatə dairəsinə görə bu islahatlar çox fərqlidir və vətəndaşların məmnunluğunu artırır. Bu islahatlarla sanki Azərbaycan Yeni ilə doğru yenilənmə ilə gedir, onu xoş ovqatla qarşılayır. Dövlətçiliyin əsasını təşkil edən qanunvericilik, icra və məhkəmə hakimiyyətində köklü islahatlar aparılır, hər şey yenidən qurulur, kadrlar yenilənir. Korrupsiyaya qarşı mübarizə əsas hədəf kimi qarşıya qoyulub. Şəffaflıq, ədalət prinsipləri qorunub saxlanılır və bu istiqamətdə əsaslı işlər görülür. Vətəndaş məmnunluğu, xalqa xidmət əsas meyara çevrilib.

Bu ilin yaddaqalan hadisələrindən biri də dünyada mövcud olan maliyyə böhranına baxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsidir. Sosial paket layihəsi çərçivəsində əməkhaqqı, pensiyanın məbləği artırılıb, sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü - sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib.

Bu il ölkəmizdə 800 nəfərə yaxın Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə mənzillər verilib, 5 mindən çox məcburi köçkün yüksək standartlara cavab verən şəhərciklərdə yerləşdirilib. Bu da onu deməyə əsas verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vətəndaş məmnunluğunu, əhalinin sosial problemlərini daim diqqətdə saxlayır, qayğılarını əsirgəmirlər.

Prezident hər dəfə çıxışında əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini vurğulayır və bildirir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması dövlətimizin prioritet istiqamətlərindəndir. Təbii ki, ölkənin iqtisadi gücü artdıqca vətəndaşların da rifah halının yaxşılaşdırılması üçün əməli işlər görülür. Ölkəmizdə dövlət quruculuğu təkmilləşir, yenidən qurulur və hər bir vətəndaşa xidmət etməyin modeli qurulur. Mütərəqqi və islahatçı ölkəmizin daxili və xarici siyasəti bir-birini tamamlayır və bizi xoşbəxt gələcəyə aparır”, – deyə M.İbrahimqızı bildirib.

Deputat vurğulayıb ki, yola saldığımız 2019-cu il hər bir azərbaycanlının fəxr edərək qürur duyacağı bir ildir. Görülən işlər onu deməyə əsas verir ki, Prezidentimizin gələcəyə yönəlmiş siyasəti nəticəsində qarşıdan gələn illərimiz daha uğurlu olacaq. Bir sözlə, 2019-cu il Azərbaycanın həm daxili, həm də xarici siyasətdə əldə etdiyi uğurlar baxımından tarixə yazılacaq və yaddaşlarda qalacaq bir ildir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR